📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycanlı milyonçunun qızını şantaj etdilər: “Gecələr 300 manata...“

2021-09-30 15:20:00

Azərbaycanlı milyonçunun qızını şantaj etdilər: “Gecələr 300 manata...“

Bakı Lift İdarəsinin sabiq direktoru, məşhur milyonçu Qüdrət Şükürovun qızı bloger Aysel Şükürovanın başına iş gəlib.

Hurriyyet.az Yenisabah.az-a istinadən xəbər verir ki, blogerin nömrəsi və fotoları sosial şəbəkələrdə yayılaraq onun gecələr 300 manat pul qarşılığında görüşdüyü iddia edilib.

Bu barədə bloger “İnstagram” hesabında məlumat verərək, izləyicilərindən kömək istəyib.

Göz yaşlarına hakim ola bilməyən A.Şükürova bunu edən şəxslə üz-üzə gəlmək istədiyini bildirib:

“Onları Allaha tapşırıram. Mənim xətrimi kim istəyirsə, hörmət edirsə, heç nə istəmirəm, bircə o şəxsi mənə tapsın. Mənim nömrəmi paylaşan şəxs, səndə qeyrət, kişilik yoxdur. Belə şeylər vecimə deyil, islanmışın yağışdan qorxusu yoxdur. Sadəcə həmin adamla üz-üzə gəlmək istəyirəm. Mənim üç oğlum var, atamdan əziz mənə heç kəs yoxdur. Həmin şəxsi mənə tapın”.

Həmin görüntüləri təqdim edirik: