📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycanlı mühafizəçi Türkiyədə ölü tapıldı - Foto

2024-08-28 00:06:01

Azərbaycanlı mühafizəçi Türkiyədə ölü tapıldı - Foto

Türkiyənin Kuşadası şəhərindəki hotellərdən birində Azərbaycan vətəndaşı Mahir Məmmədovun meyiti tapılıb.
Hurriyyet.Az Unikal.az-a istinadən xəbər verir ki, 3 gün əvvəl ailəsi ilə Kuşadasına gələn 50 yaşlı Mahirin meyitini həyat yoldaşı Kəmalə Məmmədova beşulduzlu hotellərdən birində aşkar edib.
Məlumata görə, səhər yeməyindən sonra Mahir otağına qalxıb, həyat yoldaşı və oğlu isə şəhəri gəzməyə gediblər. Onlar hotelə qayıdarkən Mahir Məmmədovun cansız bədəni ilə qarşılaşıblar. 
Hadisə yerinə gələn təcili tibbi yardım həkimləri Məmmədovun öldüyünü təsdiqləyiblər. Ölümün səbəbi İzmirdə tibbi ekspertizadan sonra məlum olacaq.
Qeyd edək ki, Mahir Məmmədov Azərbaycanda mühafizə xidmətinin əməkdaşı olub. 


Azərbaycanlı sabiq mühafizəçi Türkiyədə ölü tapıldı - FOTO