📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycanlı qadın terrorçuluğa görə axtarılır - FOTO

2023-12-07 17:38:04

Azərbaycanlı qadın terrorçuluğa görə axtarılır - FOTO

Rusiya azərbaycanlı qadını axtarışa verib.

Hurriyyet.az xəbər verir ki, bu barədə İnterpolun rəsmi saytında məlumat yerləşdirilib.

Qeyd olunur ki, 39 yaşlı Şəfiqə Fərhadova terrorçuluq və qanunsuz silahlı qruplaşmalarda iştirak etməkdə təqsirli bilinir.

Rusiya hüquq-mühafizə orqanları onun barəsində dövlətlərarası axtarış qərarı çıxarıb və saxlanılması üçün İnterpola müraciət edib.

Lent.az