📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycanlı qız Harvarda qəbul olundu

2024-04-05 00:27:49

Azərbaycanlı qız Harvarda qəbul olundu

ABŞ-ın Minnesota ştatında yaşayan azərbaycanlı gənc Lalə Bəylər Harvard Universitetinə qəbul olub.

Hurriyyet.Az xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb.

Lalə Harvarddan əlavə, Yale Universiteti tərəfindən YES (Yale Engenering and Science Scholar) Scholar da seçilib.

Lalə deyir ki, gələcəkdə əsas məqsədi riyaziyyat professoru olmaqdır. Harvardı bitirdikdən sonra doktoranturaya müraciət etmək niyyətindədir.

Qeyd edək ki, Lalə 13 yaşında - 2019-cu ildə Minnesota Universitetinin İstedadlı Gənclər Riyaziyyat proqramına qəbul edilmişdi. Onun atası Anar Əhmədov Minnesota Universitetinin professorudur.

 

@ Bakupost.az