📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycanlı siyasətçi keçmiş arvadını öldürtmək üçün 25 min ÖDƏDİ

2026-11-17 18:58:56

Azərbaycanlı siyasətçi keçmiş arvadını öldürtmək üçün 25 min ÖDƏDİ

Gürcüstanda keçmiş həyat yoldaşını sifarişlə qətlə yetirməyi planlaşdıran şəxs saxlanılıb.

Hurriyyet.net  xəbər verir ki, hadisə Qardabani bələdiyyəsində qeydə alınıb.

Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, şübhəli şəxs qısqanclıq zəminində yaranmış münaqişə səbəbindən tanışına müraciət edərək qatil tapmasını istəyib və bu cinayət qarşılığında 25 min dollar ödəməyi təklif edib. 

Saxlanılan şəxsin evində aparılan axtarış zamanı hüquq-mühafizə orqanları odlu silah, sursat və vasitəçi ilə əlaqə üçün istifadə edilən mobil telefon aşkar edərək götürüblər.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 18-109-cu maddəsi (ağırlaşdırıcı hallarda qəsdən adam öldürməyə hazırlıq) ilə istintaq aparılır.

Həmin maddə 20 ilədək azadlıqdan məhrumetmə və ya ömürlük həbs cəzası nəzərdə tutur.

Yerli KİV-in məlumatına görə, saxlanılan şəxs azərbaycanəsilli siyasətçi Rəfi Orucovdur.