Azərbaycanlı siyasətçinin oğlu Ukraynada vuruşur
2022-11-12 13:25:00
Müsavat Partiyası İcra aparatının rəhbəri Gülağa Aslanlının oğlu Ukraynada Rusiya işğalçılarına qarşı döyüşlərdə iştirak edir.
Hurriyyet.az azpolitika.info-ya istinadən xəbər verir ki, bu barədə partiya başqanının müavini Fərəc Kərimli sosial şəbəkədə məlumat və foto paylaşıb. O bildirib ki, kapitan Elşad Aslanlı müharibənin ilk günlərindən cəbhədədir.