Eyni zamanda, 25 yaşlı R. Şavəddinov "YouTube"da "Populyarnaya politika" ("Populyar siyasət") kanalının aparıcısıdır.
Azərbaycanlı siyasi fəal axtarışa verildi
2022-04-16 14:26:00
Rusiya Daxili İşlər Nazirliyi Aleksey Navalnının rəhbərlik etdiyi "Korrupsiya ilə Mübarizə Fondu"nun əməkdaşı Ruslan Şavəddinovu federal axtarışa verib.
Hurriyyet.az xəbər verir ki, bu barədə Fondun əməkdaşları "Twitter"də məlumat yayıblar.
Ruslan Şavəddinov Voronojde doğulmuş, əslən azərbaycanlı siyasi fəal kimi tanınıb. O, 2013-cü ildən müxalif siyasətçi Aleksey Navalnının komandasında təmsil olunur.