Azərbaycanlı şoumenin Rusiyaya girişi ömürlük qadağan edildi
Buna səbəb gülüş ustasının ruslar haqqında videosu olub…
Rusiyanın Daxili İşlər Nazirliyi Azərbaycan əsilli “stand up” ustası, Belarus vətəndaşı İdrak Mirzəlizadəni ölkədə ömürlük arzuolunmaz qonaq kimi hesab edib.
Lent.az-ın məlumatına görə, belaruslu komediyaçı İdrak Mirzəlizadənin Rusiyaya girişi əbədi olaraq qadağan edilib.
Bu ayın əvvəlində Rusiyanın Taqansk məhkəməsi onu “İnsan ləyaqətini alçaltmaq, nifrət və ya düşmənçiliyə təhrik etmək” maddəsi ilə 10 günlük inzibati həbs cəzasına məhkum etmişdi. Buna səbəb gülüş ustasının ruslar haqqında videosu olub. Mirzəlizadənin dediyinə görə, o, əslində ksenofobiyanı lağa qoyub və qınayıb. Monoloqun sözləri tamamilə kontekstdən çıxarılıb.
Qeyd edək ki, İdrak Mirzəlizadə bu ilin mart ayında Rusiyada yaşamaq icazəsi alıb.