📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycanlı tələbə Odessaya dron hücumunda yaralandı

2026-08-01 21:45:22

Azərbaycanlı tələbə Odessaya dron hücumunda yaralandı

Ukraynanın Odessa şəhərinə həyata keçirilən dron hücumu zamanı 18 yaşlı azərbaycanlı tələbə xəsarət alıb.

Hurriyyet.media "Qafqazinfo"ya istinadən xəbər verir ki, tələbənin yaşadığı mənzil "Şahed" tipli dronla vurulub.

Məlumata görə, hücum nəticəsində Türkiyə vətəndaşı olan daha bir nəfər də yaralanıb.

Məsələ Azərbaycanın Ukraynadakı Səfirliyinin nəzarətindədir.