📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycanlı Ukraynada tankı qənimət götürdü

2022-03-17 23:15:00

Azərbaycanlı Ukraynada tankı qənimət götürdü

Soydaşımız Ukraynada gedən döyüşlərdə bir ədəd tankı qəbimət götürüb. 

Bildirilib ki, Ukraynada gedən döyüşlərdə vətəndaşları olduqları bu ölkənin ordusunun tərkibində azərbaycanlılar da döyüşür. Onların arasında hətta şəhid olanlar, yaralananlar da var. 

Azərbaycanlıların da ukraynalılar kimi vətəndaşı olduqları ölkənin müdafiəsində qəhrəmanlıqlar göstərdiyi barədə xəbərlər gəlir.

Onlardan biri də Rövşəndir. Onun soyadını dəqiqləşdirmək mümkün olmasa da əslən Bakıdan olduğu qeyd edilib. Rövşən Zaporojye vilayətində gedən döyüşlərdə bir ədəd tank qənimət götürüb.

 

Mənbə: Lent.az