📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycanlılar Xankəndiyə gedən yolu bağladı

2022-12-12 11:03:00

Azərbaycanlılar Xankəndiyə gedən yolu bağladı

Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarından etibarən azərbaycanlı QHT nümayəndələrinin və aktivistlərin iştirakı ilə Şuşa şəhərinin girişində Rusiya sülhməramlılarına qarşı aksiya keçirilir. 

Hurriyyet.az yenisabah.az-a istinadən xəbər verir ki, aksiya iştirakçıları Xankəndiyə gedən yolu bağlayıb. Bu barədə saytımıza hadisə yerində olan tanınmış jurnalist Niyaz Niftiyev məlumat verib. O, hazırda Xankəndiyə gedən yolun üstündə 3 çadırın qurulduğunu bildirib. 

“Tələblərimiz yerinə yetirilməyincə yolu açmayacağıq” – deyə jurnalist qeyd edib.