📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycanlılara Rusiya ordusuna qoşulmaq üçün bukletlər paylanılır? - Foto

2023-04-05 17:39:00

Azərbaycanlılara Rusiya ordusuna qoşulmaq üçün bukletlər paylanılır? - Foto

Azərbaycanda Rusiya ordusunda xidmət keçməyə səsləyən reklam bukletlərinin paylanılması barədə sosial şəbəkələrdə iddialar yayılıb.

Hurriyyet.az xəbər verir ki, reklam bukletlərində Rusiya ordusunun sıralarına qoşulmaq istəyənlər üçün həvəsləndirici şərtlər irəli sürülüb. Belə ki, vətəndaşlara yüksək sosial təminat müqabilində həmin ölkənin ordusuna qoşulmaq təklif edilir.

Digər iddiaya əsasən isə sözügedən broşürlər Rusiyada azərbaycanlıların kompakt yaşadığı ərazilərdə paylanılır. 

Məsələ ilə bağlı DİN-nin Mətbuat xidmətinin şöbə müdiri, polis polkovnik-leytenantı Elşad Hacıyev “Qafqazinfo”nun sorğusunu cavablandırıb. O bildirib ki, DİN məsələdən məlumatlıdır və araşdırma aparılır.