📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Azərbaycanlıları və bu bayramı qeyd edən bütün xalqları təbrik edirəm“ - Kaxa Abuladze

2026-03-17 19:01:06

“Azərbaycanlıları və bu bayramı qeyd edən bütün xalqları təbrik edirəm“ - Kaxa Abuladze

İlaxır çərşənbə Gürcüstanın paytaxtında da qeyd olunub və Tbilisi merinin müavini Kaxa Abuladze Novruz bayramını birlik və dostluq bayramı adlandırıb.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, Tbilisi meri Kaxa Kaladzenin müavini Kaxa Abuladze jurnalistlərə açıqlamasında bildirib ki, Novruz bayramı yeni həyatın başlanğıcı, sevgi və birlik bayramıdır.

"Mən azərbaycanlıları və bu bayramı qeyd edən bütün xalqları təbrik edirəm",- o bildirib və hər kəsə sülh arzulayıb.

"Gürcü və Azərbaycan xalqlarının dostluğu əsrlərə söykənir. Əsrlər boyu biz bir-birimizlə sülh və dostluq içində yaşamışıq", - deyə merin müavini bildirib.

Tbilisi merinin müavini Azərbaycan icmasına da təşəkkürünü çatdırıb.