“Azərbaycanlıların Xankəndiyə girmələri dəqiqə məsələsi idi” - VİDEO
2021-09-30 09:35:00
Ermənistanın paytaxtı Yerevanda yaşayan Vladimir Vardanyan İkinci Qarabağ Müharibəsinin içtirakçısı olub. O, döyüşlərdə bir qolunu itirib.
Hurriyyet.az xəbər verir ki, Vardanyan “BBC News Azərbaycanca”ya müsahibəsində Qarabağ müharibəsi zamanı olanları etiraf edib.
“Onların (azərbaycanlıların - red.) qarşısını almaq mümkün deyildi. Bir halda ki, onlar Şuşaya çatmışdı, Xankəndiyə girmələri dəqiqə məsələsi idi.
Qarabağda döyüşmüş erməni könüllü: "Biz qalib gələ bilməzdik"
Biz qalib gələ bilməzdik. Bu, birmənalıdır. Əgər üçtərəfli bəyanat olmasaydı, Azərbaycan müharibəyə davam etsəydi, indi müharibədən geri qayıdan olmayacaqdı”, - deyə Vardanyan etiraf edib.