“Azərenerji”nin Prezidentinə şiddətli töhmət verildi
2024-10-05 20:55:21
“Azərenerji” ASC-nin Prezidenti Balababa Rzayevə şiddətli töhmət verilib.
Hurriyyet.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı sərəncam imzalayıb.
Sərəncama əsasən, 2024-cü il üzrə təsdiq edilmiş yanacaq-enerji balansında qazdan istifadə istiqamətlərini pozaraq müvafiq qaydada razılaşdırmadan elektrik enerjisini ixrac etdiyinə görə, “Azərenerji” ASC-nin Prezidenti Balababa Hüseynağa oğlu Rzayevə şiddətli töhmət elan edilib.