📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“AzerGold” Daşkəsəndə Tədris Mərkəzi yaratdı

2026-11-28 16:08:16

“AzerGold” Daşkəsəndə Tədris Mərkəzi yaratdı

“AzerGold” QSC-nin korporativ sosial məsuliyyət fəaliyyəti çərçivəsində Cəmiyyətin təşəbbüsü və maliyyə dəstəyi ilə Daşkəsən Tədris Mərkəzi fəaliyyətə başlayıb.

Mərkəzin əsas məqsədi dövlətin təhsil siyasətinə və regionda təhsilin inkişafına töhfə vermək, məktəblilərin ali təhsil müəssisələrinə hazırlıq səviyyəsini yüksəltmək və gələcək peşə seçimlərinə dəstək göstərməkdir. Layihə uzunmüddətli perspektivdə regionda ixtisaslı kadrların yetişdirilməsini, o cümlədən dağ-mədən sənayesinin kadr ehtiyacının yerli mütəxəssislər hesabına qarşılanmasını hədəfləyir.

Layihə çərçivəsində 2012-ci ildən təhsil sahəsində fəaliyyət göstərən “BANİ Seminariyası” ilə əməkdaşlıq edilir. Mərkəzin peşəkar pedaqoji heyətlə təminatı, tədrisin təşkili və idarə olunması tərəfdaş tərəfindən həyata keçirilir. Gəncədə 1000-dən artıq şagirdə təhsil xidməti göstərən seminariyanın ali məktəblərə qəbul göstəricisi 98 faizdir.