"Azəriqaz" İstehsalat Birliyi sədrinin vəzifəsindən azad olunduğu deyilir
2024-03-07 19:19:50
“Azəriqaz” İstehsalat Birliyinin sədri Ruslan Əliyev vəzifəsindən azad edilib.
Hurriyyet.az xəbər verir ki, qaynarinfo-nun əldə etdiyi məlumata görə, bu barədə müvafiq əmr imzalanıb.
Ruslan Əliyevin səlahiyyətləri müavinlərindən birinə tapşırılıb.
“Azəriqaz”ın mətbuat xidmətinin rəhbəri Eldəniz Vəliyev açıqlamasında onda belə bir məlumatın olmadığını bildirib.