📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Azərişığ”ın yük maşını qəzaya düşdü - VİDEO

2021-08-30 10:16:00

“Azərişığ”ın yük maşını qəzaya düşdü - VİDEO

Bakıda səhər saatlarında “Azərişıq” ASC-yə məxsus yük maşını qəzaya düşüb.

HURRİYYET.az xəbər verir ki, hadisə Səbail rayonu, Salyan yolu küçəsində baş verib.

Dövlət Bayrağı meydanına yaxın ərazidə yük maşını digər minik avtomobili ilə toqquşub. Qəzanın təsirindən yük avtomobilinin arxa təkərləri şindən sınaraq ayrılıb.

İlkin məlumata görə, 3 nəfər xəsarət alıb, hadisə yerinə təcili tibbi yardım xidməti çağırılıb.