“Azərişıq” Bakıda elektrik lampasını tərs montaj etdi - İşıqlar yeri deyil, yuxarını işıqlandırır - FOTO
2022-11-05 20:59:00
“Azərişıq” ASC elektrik lampasını tərs montaj edib.
Hurriyyet.Az-ın əldə etdiyi məlumata görə, bununla bağlı tanınmış vəkil Aqil Layic sosial şəbəkədə foto paylaşıb.
Hadisə metronun “İnşaatçılar” stansiyasının yaxınlığında qeydə alınıb.
Fotodan da göründüyü kimi, lampaların işıqları yerə deyil, yuxarı hissəyə saçır.
Lampanın tərs montaj edilməsi sosial şəbəkə izləyiciləri tərəfindən tənqid olunub.

/Pravda.az