📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Azərişıq” sədri 8 rəisi işdən çıxardı - Siyahı

2021-11-10 16:56:00

“Azərişıq” sədri 8 rəisi işdən çıxardı - Siyahı

“Azərişıq” ASC-nin sədri Vüqar Əhmədovun əmri ilə Bakı şəhərinin rayon və qəsəbələri üzrə 8 rəis tutduğu vəzifədən azad olunub.

Hurriyyet.az xəbər verir ki, bu barədə ASC-dən bildirilib. Qeyd olunub ki, yerdəyişmələrin aparılmasında başlıca məqsəd abonentlərin daha dayanıqlı və kefiyyətli elektrik enerjisi ilə təchizatını təmin etmək, habelə enerji satış işinin təkmilləşdirilməsində maksimum effektivliyə nail olmaqdır.

Belə ki, bəzi məsul əməkdaşların xidməti ərazilərinin dəyişdirilməsi ilə iş funksiyalarının icrasında yeni abu-hava yaradılması məqsədə müvafiq sayılıb.

Yuxarıda qeyd olunanları nəzərə alaraq aşağıda göstərilən RETSİ (ETSİ) rəislərinin yerdəyişmələri aparılıb.