📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Azərişıq” Şuşadakı abunəçilərinin sayını açıqladı

2021-09-28 16:37:00

“Azərişıq” Şuşadakı abunəçilərinin sayını açıqladı

Hazırda Azərişıq ASC-nin Şuşada 100-dən çox əhali abunəçisi var.

Hurriyyet.az xəbər verir ki, bunu Report-a açıqlamasında qurumun ASAN Xidmətlə iş və Elektron İdarəetmə Departamentinin direktor müavini İsa İsazadə bildirib.

“Səhmdar cəmiyyəti işğaldan azad edilmiş ərazilərdə, o cümlədən Şuşa şəhərində əhali qrupuna aid abunəçi kodlarını aktivləşdirib. Bu ilin iyun ayından Şuşada yeni əhali qrupu abunəçilərinin qeydiyyatına başlamışıq. Bu qrup abunəçi kodları da 15 simvoldan ibarətdir”, - deyə o, qeyd edib.