📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Azərişıq"ın əməkdaşı Laçında minaya düşüb

2021-11-22 22:26:00

21 noyabr 2021-ci il tarixdə Laçın rayonunun Güləbird kəndi ərazisində “Azərişıq” ASC-nin əməkdaşı Biləsuvar rayon sakini, 1988-ci il təvəllüdlü Əbilov Mahir Ramiz oğlunun xidməti vəzifəsini yerinə yetirərkən minaya düşərək xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Laçın Rayon Prokurorluğundan verilən məlumata görə, prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış araşdırmalarla müəyyən edilmişdir ki, Mahir Əbilovun qeyd edilən ərazidə minaya düşməsi nəticəsində sağ ayağı topuq nahiyəsindən aşağı travmatik amputasiya olunub.

Faktla bağlı Laçın rayon prokurorluğunda araşdırma aparılır. \\Trend