📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Azərkontrakt"da Ləğvetmə Komissiyası yaradılır - SƏRƏNCAM

2024-10-24 09:45:03

Nazirlər Kabineti Prezident İlham Əliyevin “Dövlət Kontrakt Korporasiyası - “Azərkontrakt” ASC-nin ləğv edilməsi və bundan irəli gələn məsələlərin tənzimlənməsi haqqında” 17 oktyabr 2024-cü il tarixli sərəncamının icrasının təmin edilməsi barədə qərar qəbul edib.

Hurriyyet.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni sərəncam imzalayıb.

Sərəncama əsasən, "Azərkontrakt"da Ləğvetmə Komissiyası yaradılır.