"Azərkosmos" Suqovuşanın peykdən çəkilmiş fotosunu paylaşdı
2021-11-23 15:37:00
İşğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən bir sıra infrastruktur layihələrinin gedişatı “Azersky” peykinin təsvirləri vasitəsilə davamlı olaraq monitorinq edilir.
Hurriyyet.az Report-a istinadən xəbər verir ki, bu barədə "Azərkosmos" ASC-dən məlumat verilib.
Qurumun açıqlamasında deyilir ki, buraya Suqovuşan və Talış qəsəbələrinin elektrik enerjisi ilə təmin olunmasında mühüm rol oynayacaq "Suqovuşan-1" və "Suqovuşan-2" kiçik su elektrik stansiyaları da daxildir.