“Azərpoçt” MMC-dən silahlı basqında ölən şəxslə bağlı AÇIQLAMA
2023-03-04 17:06:00
Bu gün Bakının Xətai rayonu Əhmədli qəsəbəsində yerləşən hipermarketə edilmiş silahlı basqın nəticəsində həyatını itirən şəxsin “Azərpoçt” MMC-nin İnkassasiya Xidmətinin əməkdaşı olduğuna dair məlumatlar yayılıb.
Hurriyyet.az xəbər verir ki, “Azərpoçt” MMC-nin mətbuat xidmətindən Oxu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir:
“Bakıda silahlı şəxslərin hücumu nəticəsində həyatını itirən Həsənov Rüfət Rahib oğlu “Azərpoçt” MMC-nin əməkdaşı deyil”.