📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Azərreyl" heyətinə braziliyalı voleybolçu cəlb etdi

2026-02-06 23:48:46

Qadınlardan ibarət "Azərreyl" voleybol komandası heyətinə yeni oyunçu cəlb edib.

Klubdan "Unikal"a verilən məlumata görə, braziliyalı diaqonal hücumçu Natiele Qonçalves cari mövsümün sonuna qədər "Azərreyl"in şərəfini qoruyacaq.

34 yaşlı voleybolçu beynəlxalq təcrübəsi və güclü hücum potensialı ilə seçilir.