📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Azərsu”dan “pazçalma” əməliyyatı: Primitiv “qəza xidməti”nin videosu yayıldı

2023-05-10 14:00:00

“Azərsu”dan “pazçalma” əməliyyatı: Primitiv “qəza xidməti”nin videosu yayıldı

Ölkədə su və kanalizasiya xətlərinin tez-tez sıradan çıxması adi hala çevrilib.

Hurriyyet.az xəbər verir ki, sosial şəbəkələrdə “Azərsu” əməkdaşlarının zədələnmiş su borusunu təmir edərkən çəkilən görüntüləri yayılıb. Videogörüntü maraqla izlənib və qısa müddət ərzində xeyli baxış sayı toplayıb. 

Sosial şəbəkə istifadəçiləri dövlət qurumunun əməkdaşlarının “dədə-baba” qaydası ilə işləməsinə irad bildiriblər. Videogörüntüdən aydın olur ki, “Azərsu” əməkdaşları zədələnmiş boru xəttini təmir edərkən primitiv üsullardan yararlanırlar. Hətta əməkdaşlardan biri həyatını təhlükə qarşısında qoyaraq suyun altına baş vurur. 

Sosial şəbəkələrdə “Azərsu”nun “pazçalma” əməliyyatı kimi qiymətləndirilən hadisə ciddi tənqidlərə tuş gəlib.  

Həmin görüntüləri təqdim edirik:


yenisabah.az