📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Azovstal”dakı bütün uşaq, qadın və qocalar təxliyə edilib

2022-05-07 22:49:00

“Azovstal”dakı bütün uşaq, qadın və qocalar təxliyə edilib

Mariupol şəhərindəki “Azovstal” zavodunun ərazisindən bütün qadınlar, uşaqlar və qocalar artıq təxliyə edilib.

Bu barədə Ukrayna Baş nazirinin müavini - müvəqqəti işğal olunmuş Ukrayna ərazilərinin reinteqrasiyası üzrə nazir İrina Vereşuk deyib.

“Prezidentin tapşırığı yerinə yetirilib: “Azovstal”dan bütün qadınlar, uşaqlar və qocalar təxliyə edilib. Mariupol humanitar əməliyyatının bu hissəsi başa çatıb”, - o deyib. \\Ölkə.az