📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Aztelekom” yenidən təşkil olunur

2025-04-24 21:55:13

 “Aztelekom” yenidən təşkil olunur

“Aztelekom” MMC-yə 7 rabitə müəssisəsi birləşdirilir.

Ölkənin rabitə sahəsində aparıcı operatorlarından olan “Aztelekom” MMC öz tərkibində mühüm struktur dəyişikliyi həyata keçirir.

Məlumata görə, “Bakı Telefon Rabitəsi” MMC, “Az-Evro Tel” MMC, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Aztelekom" İstehsalat Birliyinin Beynəlxalq Avtomat Telefon Stansiyası, “Gəncə Telekommunikasiya İdarəsi”, “Azərrabitəlayihə” MMC və “Sumqayıt Telekommunikasiya Qovşağı” “Aztelekom” MMC-yə birləşdirilərək yenidən təşkil olunacaq. 

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində fəaliyyət göstərən telekommunikasiya şirkəti olan “Aztelekom” MMC 1992-ci ildə təsis edilib.

“Aztelekom” MMC-nin nizamnamə kapitalı 22 milyon 525 min 383 manat təşkil edir. Rəsmi sənədlərə əsasən, hüquqi təmsilçi Ömərov Həsən Hüseyn oğludur.

Qeyd edək ki, hazırkı “Aztelekom” MMC 2015-ci ilə qədər "Aztelekom" İstehsalat Birliyi adı ilə fəaliyyət göstərib. 2015-ci il iyulun 14-dən etibarən hüquqi statusu dəyişdirilərək MMC formatına keçid edilib. \\Valyuta.az