📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

AzTV-də işdən çıxarılan polkovnik-leytenanta yeni vəzifə verildi

2021-11-22 13:44:00

AzTV-də işdən çıxarılan polkovnik-leytenanta yeni vəzifə verildi

Bir müddət öncə vəzifədən çıxarılan polis rəisinə yeni vəzifə verilib.

Hurriyyet.az xəbər verir ki, nazirin əmri ilə “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin Mühafizə Şöbəsinin rəisi vəzifəsindən azad olunan polis polkovnik-leytenantı Cəfərov Xəqani Xıdır oğluna başqa vəzifə verilib.

O, Bakı Neft Emalı Zavodunun mühafizə üzrə Polis Şöbəsinin rəisi təyin olunub.