📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

AzTV-də polis əməkdaşı ehtiyatsızlıqdan açılan atəşlə ÖLDÜ

2022-01-08 15:44:00

AzTV-də polis əməkdaşı ehtiyatsızlıqdan açılan atəşlə ÖLDÜ

Bakıda polis ehtiyatsızlıqdan açdığı atəş nəticəsində ölüb.

Hurriyyet.az Modern.az-a istinadən xəbər verir ki, hadisə “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-də qeydə alınıb. Belə ki, QSC-nin Mühafizə üzrə Mühafizə Şöbəsinin əməkdaşı, polis kiçik serjantı Yasin İnqilabzadə xidmət zamanı ona təhkim olunmuş silahla ehtiyatsız davranması nəticəsində atəş açılıb.

Nəticədə Y.İnqilabzadə hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.