AzTV-nin keçmiş aparıcısı “Qocalar evi”ndə yaşayır
AzTV-nin keçmiş aparıcısı Müslümət Rzaxanova Bilgəhdəki “Qocalar evi”ndə yaşayır.
Hurriyyet.net lent.az-a istinadla xəbər verir ki, 85 yaşlı qadın artıq 3 ildir ki, “Qocalar evi”ndədir.
46 il AzTV-də çalışmış M.Rzaxanova vaxtilə "Qitələr, hadisələr" verilişinin aparıcısı olub. Dominos pizza
Onun oğlu ömürlük həbsdədir. O, “Qocalar evi”nə yerləşməzdən xeyli öncələr Ömürlük Məhbusların Hûquqlarını Müdafiə Komitəsi adlı təşkilat yaradaq ona rəhbərlik edib. Həmin vaxtlarda M.Rzaxanovanın rəhbərlik etdiyi qurum ömürlük məhbuslarla bağlı məslələrə operativ reaksiya verir, onları dərhal ictimailəşdirirdi.
32 ildir həbsdə olan oğlu Şakir Rzaxanov 1996-cı ildə qəsdən adam öldürmə ittihamı ilə ölüm hökmünə məhkum edilib. Sonradan ölüm hökmü ömürlük azadlıqdan məhrumetmə ilə əvəzlənib.
Həbsdən sonra gəlini boşanıb, o, nəvələrini böyüdüb.
İllər sonra birgə yaşadığı qızı və nəvələri ilə münasibətləri pisləşib və nəticədə onu məhkəməyə veriblər, adını evin qeydiyyatından çıxarıblar.