📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azyaşlı dağıntılar altında qalan qardaşını belə qorudu - VİDEO

2023-02-07 19:36:00

Azyaşlı dağıntılar altında qalan qardaşını belə qorudu - VİDEO

Xəbər verdiyimiz kimi, fevralın 6-sı Türkiyənin Kahramanmaraş şəhərində baş verən 7,7 bal gücündə zəlzələ Suriyada da dağıntılara səbəb olub.

Hurriyyet.az-ın məlumatına görə, Suriyada iki azyaşlı bacı və qardaşın dağıntılar altında qalmasını əks etdirən görüntülər yayılıb.

Videodan bacının öz qardaşını qorumağa və sakitləşdirməyə çalışdığını görmək mümkündür.

Sözügedən görüntülər sosial şəbəkələrdə maraqla qarşılanıb və gündəm olub. (Qafqazinfgo)