📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azyaşlı evdə vurulan iynədən öldü

2024-08-14 09:12:19

Azyaşlı evdə vurulan iynədən öldü

Bərdədə 4 yaşlı uşaq evdə vurulan iynədən ölüb.

Hurriyyet.az xəbər verir ki, rayon sakini, 2020-ci il təvəllüdlü Əli Bayramov evdə olan zaman vurulan iynədən vəziyyəti pisləşib.

Valideynləri tərəfindən xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, Əli Bayramov xəstəxanada ölüb.

Müəyyən olunub ki, azyaşlıya qızdırmaya görə naməlum adda iynə vurulub.

Faktla bağlı araşdırma aparılır.