📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azyaşlı qızı ilə kirayədə qalan Xaçmaz sakini sosial yardım ala bilmir - VƏZİYYƏTİ GÜNDƏN-GÜNƏ ÇƏTİNLƏŞİR

2022-05-18 15:06:00

Azyaşlı qızı ilə kirayədə qalan Xaçmaz sakini sosial yardım ala bilmir - VƏZİYYƏTİ GÜNDƏN-GÜNƏ ÇƏTİNLƏŞİR

Xaçmaz rayon sakini Svetlana Adıgözəlova İkram qızı "Hürriyyət"ə müraciət edərək bildirir ki, maddi durumu yaxşı olmadığına görə sosial yardım üçün aidiyyatı quruma müraciət edib. Hazırda qızı ilə kirayədə yaşayan rayon sakininin vəziyyəti gündən-günə çətinləşir:

"Sosial yardım üçün müraciət etdim. Lakin ala bilmirəm. Qızımla kirayədə yaşayıram. Qızımı təkbaşına böyüdürəm. Maddi durumumuz ağırdır. Nə evim, nə də heç bir yerdən köməyim yoxdur. Artıq kirayə ödənişini də edə bilmirəm. Gecə-gündüz işləyirəm. Aylıq ümumi gəlirim 160 manatdır. Bu da isə gündəlik təlabatlarımızı qarşılamır. Peraşki bişiriərək övladımı saxlayıram. Xahiş edirəm mənə dövlətimiz tərəfindən sosial yardım verilsin".

YƏHYA