📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azyaşlılara siqaret satan 7 nəfər məsuliyyətə cəlb olunub - FOTO

2022-02-04 10:41:00

Azyaşlılara siqaret satan 7 nəfər məsuliyyətə cəlb olunub - FOTO

Sumqayıtda yetkinlik yaşına şatmayan şəxslərə tütün məmulatları satan 7 nəfər məsuliyyətə cəlb olunub

Son günlər Sumqayıt Polis İdarəsinin əməkdaşları tərəfindən  şəhər ərazisində keçirilən tədbirlər zamanı yetkinlik yaşına çatmayan şəxslərə tütün məmulatları satan köşk sahibləri müəyyən edilib.

Hurriyyet.az xəbər verir ki, bu hallara şəhərin 14, 30, 34, 36-cı məhəllərində, eləcə də 2,3 və 4-cü mikrorayon ərazilərində rast gəlinib. Belə ki, bu ərazilərdə fəaliyyət göstərən köşk sahibləri tərəfindən yetkinlik yaşına çatmayan şəxslərə tütün məmulatlarının satılması halları aşkarlanıb.

Yetkinlik yaşına şatmayan şəxslərə tütün məmulatları satan Nahid Pirməmmədov, Məmməd Mürşüdov, Asəf Yaqubzadə, Nurlan Ağarəhimov, Xalid Cəfərov, Murad Həsənli və Elgün Nemətov  barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsi (Etil (yeyinti) spirti, alkoqollu içkilər və ya tütün məmulatı ticarəti qaydalarının pozulması) ilə protokol tərtib olunub və həmin şəxslər qanunvericiliyin tələblərinə uyğun olaraq cərimə ediliblər.

Bu qanunsuz hərəkətlərə yol verən şəxslərə qarşı Sumqayıt Polis İdarəsinin əməkdaşları tərəfindən mütamadi reydlər və qətiyyətli tədbirlər bundan sonra da davam etdiriləcək.

YƏHYA