📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azyaşlıları ziyarətgahlara aparan qadın cəzalandırıldı

2022-08-10 13:09:00

Azyaşlıları ziyarətgahlara aparan qadın cəzalandırıldı

Azyaşlıların ziyarətgahlara gedişini təşkil edən şəxs saxlanılıb.

Bu barədə Hurriyyet.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev deyib.

O bildirib ki, bir qrup şəxsin azyaşlı övladları ilə birgə ziyarətgahlara və pirlərə aparılması və orada dini ayinlərin icrasının təşkil edilməsi ilə bağlı bəzi xəbər saytlarında məlumatlar yayılıb:

"Valideynlərin azyaşlı övladları ilə birgə Şamaxı rayonu ərazisində olan ziyarətgahlara gedişini və orada dini ayinlərin icra olunmasını təşkil edən 1970-ci il təvəllüdlü Ş.Səbriyeva polis əməkdaşları tərəfindən müəyyən edilib, onun barəsində protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilib.

Yasamal Rayon Məhkəməsinin qərarı ilə Ş.Səbriyeva inzibati məsuliyyətə cəlb edilib".