📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

B 12 vitamini əskikliyinin əlamətləri - Ayaq və dabanlarda...

2021-11-16 22:52:00

B 12 vitamini əskikliyinin əlamətləri - Ayaq və dabanlarda...

Orqanizmdə B 12 vitamini əskikliyi çox ciddi haldır, daha çox qanazlığı, anemiya ilə bərabər gedir və hətta qan yaranmasına mənfi təsir edir.

B 12 vitamini mütləq hər xəstədə yoxlanmalıdır, çünki onu diqqətdən qoymaq geridönməz nevroloji problemlərə səbəb ola bilər.

Defisitin bəzi simptomlarını təqdim edirik.

Əgər ayaqlarınızın altında, dabanda yanma hissi varsa, bu B 12 çatışmazlığının birinci əsas əlamətidir.

Bu o deməkdir ki, aşağı ətraflarda sinirlər qidalanmır və zədələnib.

- Güclü yorğunluq, halsızlıq

- Enerji çatışmazlığı

- Təngnəfəslik

- Baş ağrıları, baş gicəllənmə

- Dərinin bozarması, ağarması

- Qulağa daxildən küy, səslər gəlməsi, cingilti və s.

- İştahın olmaması

Əgər bu əlamətlər varsa, endokrinoloqa müraciət edib, analizlər verin və B12 vitamini qəbul edin.

 

B 12 əskikliyi olanlar anemiya, dəmir defisiti, qanazlığı mütləq yoxlanmalıdır. \\Medicina