📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Babacanın bu çıxışı Türkiyəni qarışdırdı

2023-05-20 12:05:00

Babacanın bu çıxışı Türkiyəni qarışdırdı

DEVA Partiyasının sədri Ali Babacanın ötəngünkü çıxışı sosial şəbəkələrin Türkiyə seqmentində birmənalı qarşılanmayıb. 

Hurriyyet.az xəbər verir ki, Konstitusiya dəyişikliyinə toxunan siyasətçi hakim AKP-nin təmsil olunduğu “Cümhur İttifaqı” ilə “Millət İttifaqı”nın bu məsələdə birgə çalışmalarının mümkün olduğunu bildirib: 

“Əgər “Cümhur İttifaqı” Konstitusiya dəyişikliyi mövzusunda “gəlin, bərabər çalışaq” desə, çalışmağa hazırıq. Doğrudur, parlament sistemi, təbii ki, vacibdir, amma biz Konstitusiya dəyişiklikləri ilə də mövcud sistemi reabilitasiya edə bilərik”. 

Siyasətçinin bu çıxışı onu tənqid hədəfinə çevirib. 

yenisabah.az