📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Babayan HARAY SALDI: "Həlledici mərhələdəyik, Arutyunyan təcili cavab verməlidir"

2023-05-01 19:35:00

Babayan HARAY SALDI:

“Həlledici mərhələdəyik, Arutyunyan təcili cavab verməlidir”.

Hurriyyet.Az xəbər verir ki, bunu Qarabağdakı qondarma qurumun “xüsusi tapşırıqlar üzrə nümayəndəsi” David Babayan erməni mediasına müsahibəsində deyib.

“Səlahiyyətli orqanlar Laçın dəhlizində yaradılmış Azərbaycan keçid məntəqəsində “Arsax” vətəndaşlarının saxlanması və pasportlarının yoxlanılması “insident”inə dərhal aydınlıq gətirməlidir.

Baş verənlər biabırçılıqdır. İndi biz həlledici mərhələdəyik və cəmiyyət öz “hakimiyyət”indən tutmuş Moskva və Qərbə qədər bir çox suallara cavab gözləyir. İlk növbədə “Arsax” “hakimiyyət”i təcili cavab verməlidir. Biz nə edirik, istiqamətimiz haradır? Cavablar çox yaxın zamanlarda eşidilməlidir. Cəmiyyət tələb edir, gözləməyə də vaxt yoxdur”, – deyə Babayan bildirib. \\KONKRET.az