📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Babayan Qarabağ lideri olmaq eşqinə düşüb - İddia

2023-04-15 09:50:00

Babayan Qarabağ lideri olmaq eşqinə düşüb - İddia

Qarabağ separatçıları arasındakı ziddiyətlər dərinləşir.

Hurriyyet.az xəbər verir ki, qondarma rejimin “təhlükəsizlik şurası”nın sabiq katibi Samvel Babayan separatçı qurumdakı “konstitusiya” dəyişiklikləri çərçivəsində ya  “prezident”, ya da “dövlət naziri” olmaq eşqinə düşüb.

Erməni nəşri yazır ki, Babayan və tərəfdarı aprelin 26-da Xankəndinin “İntibah” meydanında çadırlar qurmaq və tanınmamış “DQR”də “hakim partiya” sayılan “Azat Ayrenik” (Azad Vətən) fraksiyasına qarşı mədəni etirazlar təşkil etmək niyyətindədir.

Hətta onunla qondarma qurumun “dövlət naziri” Qurgen Nersisyan arasında soyuq küləklərin əsdiyini iddia edənlər də çoxluq təşkil edir.

Xatırladaq ki, S. Babayan 2020-ci ildə terrorçu rejimin “prezident”i olmaq üçün imzatoplama kampaniyasına start versə də, Araik Arutyunyana “seçki”lərdə uduzmuşdu.

yenisabah.az