📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bacısını öldürüb həyətdə basdırdı - 20 il sonra tutuldu

2023-05-11 19:58:00

Bacısını öldürüb həyətdə basdırdı - 20 il sonra tutuldu

Naxçıvan MR Daxili İşlər Nazirliyi və Naxçıvan MR Prokurorluğu əməkdaşlarının birgə fəaliyyəti nəticəsində Ordubad rayonu Xurs kənd sakini E.Tarverdiyevin bacısını 2003-cü ilin avqust ayında öldürüb həyətyanı sahədə basdırması müəyyən edilib.

Hurriyyet.Az-a bu barədə DİN-in mətbuat xidmətindən xəbər verilib.

Məlumata görə, E.Tarverdiyev tutularaq istintaq təhvil verilib.

Əvvəlki illərdən bağlı qalmış cinayətlərin açılması daim diqqət mərkəzində saxlanılmaqla bu istiqamətdə işlər davam etdirilir.