📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Badamdardakı sürüşmə sahəsində vəziyyət necədir? - Rəsmi açıqlama

2026-11-20 15:39:26

Badamdardakı sürüşmə sahəsində vəziyyət necədir? - Rəsmi açıqlama

Badamdardakı sürüşmə sahəsində çatlar genişlənib, aktivlik davam edir.

Bu barədə Hurriyyet.net  Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyindən məlumat verilib.

Bildirilib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin mütəxəssisləri tərəfindən Səbail rayonu, Badamdar–20-ci sahədə aparılan növbəti monitorinqlər zamanı əvvəl qeydə alınmış nəticələrlə müqayisədə sürüşmə sahəsində çatların bir qədər də genişləndiyi və aktivliyin davam etdiyi müəyyən edilib.

Ərazidə vəziyyətin dinamikası izlənilir.