📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bağdad raket atəşinə tutuldu

2022-09-28 18:35:00

Bağdad raket atəşinə tutuldu

Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, İraqın paytaxtı Bağdad şəhərinin “Yaşıl zona” adlanan hissəsi raket atəşinə məruz qalıb. Ərazidə iki partlayış baş verib.

Həmin zonada dövlət müəssisələri və xarici ölkələrin səfirlikləri yerləşir. Partlayışlar İraq parlamentinin binasının qarşısında baş verib.

Hələlik heç bir təşkilat partlayışa görə məsuliyyəti öz üzərinə götürməyib.

Sentyabrın 28-də son iki ay ərzində ilk dəfə İraq parlamentinin iclası keçirilib.

Hürr Tərcüman