Bağdadda koalisiya qüvvələrinə hücum edildi
2022-01-03 17:39:00
Hurriyyet.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, bu gün səhər saatlarında iki ədəd naməlum PUA Bağdad aeroportunda ABŞ-ın başçılıq elədiyi Beynəlxalq koalisiya qüvvələrinə hücum ediblər. Bu barədə məlumatı BBC (“Bi-bi-si”) teleradio şirkəti yayıb.
Dronları Amerikanın C-Ram taktiki HHM sistemi dəf edib. Koalisiyanın təmsilçisi hücum nəticəsində zərərçəkənlərin olmadığını bəyan edib. Dronların qırıntıları üzərində “Liderin qisası”, “Süleymaninin intiqamı” yazıları aşkar edilib.
Qeyd edək ki, bazar günü axşam İran İnqilabı Keşikçiləri Korpusunun komandanı Qasım Süleymaninin ABŞ qüvvələri tərəfindən öldürülməsinin 2 ili tamam olub.
Hürr Tərcüman