📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bağlı qapı arxasında qalan şəxslər xilas edildi

2026-08-29 15:30:31

Bağlı qapı arxasında qalan şəxslər xilas edildi

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı və Sumqayıt şəhərlərində bağlı qapı arxasında qalma ilə bağlı daxil olan müraciətlər əsasında Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin və Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri tərəfindən 2 əməliyyat keçirilib.

Bu barədə Modern.az-a nazirlikdən bildirilib.

Məlumata görə, həyata keçirilən tədbirlər nəticəsində 1-i uşaq olmaqla 2 nəfərə müvafiq köməklik göstərilib.