📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bahadur Rzayev yeni baş həkim təyin etdi

2026-11-04 22:25:02

Bahadur Rzayev yeni baş həkim təyin etdi

Bakının Xətai rayonunda yerləşən 7 saylı şəhər poliklinikasına yeni baş həkim təyin olunub.

Hurriyyet.net xəbər verir ki, bununla bağlı TƏBİB-in İcraçı direktoru vəzifəsini müvəqqəti icra edən, İcraçı direktorun müavini Bahadur Rzayev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Qələmzər Tağıyeva adıçəkilən tibb müəssisəsinin baş həkimi vəzifəsinə təyinat alıb.

O, əvvəllər 7 saylı poliklinikanın baş həkiminin müavini işləyib. Bu ilin iyulundan isə həm də baş həkimin səlahiyyətlərini müvəqqəti icra edirdi.

Xatırladaq ki, 7 saylı poliklinikanın baş həkimi Şəlalə Səfərova bu ilin iyulunda vəzifəsindən azad olunub.

Qeyd edək ki, bu tibb müəssisəsi Bakının ən böyük poliklinikalarından biridir.