📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bakı - AB əlaqələrini gücləndirmək istəyirik! - MAKRON

2022-03-07 12:42:00

Bakı - AB əlaqələrini gücləndirmək istəyirik! - MAKRON

Fransa həmçinin Azərbaycanla Avropa Birliyi arasında Şərq tərəfdaşlığı və iştirak etdiyimiz 15 dekabr Zirvə görüşündə müəyyən edilmiş prioritetlər çərçivəsində əlaqələri gücləndirmək arzusundadır.

Hurriyyet.az xəbər verir ki, bu, Fransa Respublikasının Prezidenti Emmanuel Makronun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ünvanladığı təbrik məktubunda əksini tapıb.

"Ümidvaram ki, ikitərəfli əlaqələrimiz bundan sonra da dostluq və etimad ruhunda möhkəmlənəcəkdir. Əmin olun ki, Fransa buna fəal şəkildə töhfəsini verəcəkdir. Cənab Prezident ən yüksək ehtiramlarımı qəbul etməyinizi xahiş edirəm", - deyə məktubda vurğulanıb.