Bakı Ağır Cinayətlər Məhkəməsinə sədrlik bu hakimə tapşırıldı - FOTO
2022-12-08 17:40:00
Bakı Ağır Cinayətlər Məhkəməsinə müvəqqəti sədr təyin olunub.
Bu barədə məhkəmədən məlumat verilib.
Bildirilib ki, bu vəzifəyə həmin məhkəmənin hakimi Zeynal Ağayev təyin edilib.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin sədri Mahmud Nəbiyev dekabrın 7-də vəfat edib.
Z.Ağayev 2011-ci ildən Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi vəzifəsində çalışır.

sfera.az