📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bakı Ağır Cinayətlər Məhkəməsinin sədri vəfat edib - FOTO

2022-12-07 09:45:00

Bakı Ağır Cinayətlər Məhkəməsinin sədri vəfat edib - FOTO

Bakı Ağır Cinayətlər Məhkəməsinin sədri Mahmud Nəbiyev vəfat edib.

Bu barədə məhkəmədən məlumat verilib.

Bildirilib ki, o, bu gün səhər saatlarında ürəktutmasından dünyasını dəyişib.

Qeyd edək ki, M.Nəbiyev 1957-ci ildə anadan olub. O, 2011-ci ildən Bakı Ağır Cinayətlər Məhkəməsinin sədri vəzifəsində çalışıb.